webmoney deki pulu necə nəgdləsdirim ?Portmanat nədir?

 Portmanat yeganə cüzdandır ki, Webmoney sistemi ilə mədaxil və məxaric əməliyyatlarını dəstəkləyir.

Vəsaitlərin Webmoney sisteminə mədaxil və məxarici real vaxt rejimində həyata keçir. Portmanat elektron cüzdanından pul çıxarışı istifadəçinin hesabına bağlı olan Expressbank Portmanatkartı vasitəsilə həyata keçirilir. Bu zaman məbləğ 100 manatdan (AZN) kiçik olduqda 1 AZN + məbləğin 4%-i, 100 AZN və daha çox olduqda 5% komissiya tutulur. Gündəlik limitin maksimal həddi isə 800 AZN-dir.Kartın sifarişi sayt üzərindən həyata keçirilir və 3 iş günü ərzində, ərizədə seçilən filial və ya şöbədən əldə olunur.

Portmanat nədir? 

Portmanat gündəlik ödəmələri rahat həyata keçirmək üçün nəzərdə tutulan elektron pulqabıdır.

Portmanat – kompyuter və ya mobil telefon vasitəsilə İnternet ödənişlərinin tez və təhlükəsiz yoludur.

Portmanat vasitəsilə mövcud olan ödəmə xidmətləri: 

* Kommunal ödənişlər – qaz, işıq, su, istilik

* Mobil operatorlar – Azercell, Bakcell Nar Mobile

* İnternet provayderlər

* Kabel TV

* Onlayn oyunlar, sosial şəbəkələr və s.

Portmanat gündəlik mikro ödənişlər üçündür.

Şəxsi elektron pul qabı açmaq üçün sadəcə www.portmanat.az saytında mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmək kifayətdir.


Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir